İrkutskda yanğın, 5 nəfər öldü

irkutskda-yangin-5-nefer-oldu
Oxunma sayı: 1536

Rusiyada ikimərtəbəli fərdi evdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə İrkutsk vilayətində olub.

Yanğın nəticəsində 5 nəfər həlak olub. Onlardan üçünün kişi, ikisinin qadın olduğu bildirilir.

Hadisənin səbəbi araşdırılır.