Latviyanın paytaxtı Riqada keçirilən “EuroBasket 2025”in seçmə mərhələsində İsrailin qadınlardan ibarət basketbol komandası ilə qarşılaşan İrlandiya qadın basketbol yığması oyunöncəsi qarşılaşmada rəqibi ilə əl sıxmaqdan imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bundan əvvəl “Irish Sports for Palestine” İsrailin Qəzza zolağındakı əməliyyatlarına etiraz olaraq matça qatılmamağı təklif etsə də, İrlandiya komandası bu tələblə razılaşmayıb.
Komandanın mətbuat xidməti bəyan edib ki, qadınlardan ibarət komanda cərimə və diskvalifikasiyadan yayınmaq üçün oyunu boykot etməyəcək, lakin oyunöncəsi ənənəvi salamlaşma baş tutmayacaq.
Qeyd edək ki, qarşılaşma İsrail yığmasının 87:57 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər