İrpendən təxliyə olunan ailə atəşə tutuldu - Ana və uşaqları öldü, ata ağır yaralandı

irpenden-texliye-olunan-aile-atese-tutuldu
Oxunma sayı: 3767

Bu gün rus hərbçilər mülki əhalinin təxliyə olunduğu İrpenin çıxışında körpünü minaatanlardan atəşə tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə üç nəfər ölüb.

Onlardan ikisinin uşaq olduğu bildirilib.

Ölənlər ana və iki övladıdır. Ata isə ağır yaralanıb.