İrpenə jurnalistlərin girişi qadağan edildi

irpene-jurnalistlerin-girisi-qadagan-edildi
Oxunma sayı: 2866

Xəbər verdiyimiz kimi, Kiyev vilayətinin İrpen şəhərində rus hərbçilər "New York Times” müxbirini güllələyərək qətlə yetiriblər. Bu gündən etibarən təhlükəsizlik səbəbi ilə jurnalistlərin İrpenə girişi qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Markuşin məlumat verib.

Mer qeyd edib ki, bu qadağa ilə həm jurnalistlərin, həm də şəhər müdafiəçilərinin həyatını qorumaq istəyirlər.