İrqçi fikirlərinə görə Bukinqem sarayından qovuldu

irqci-fikirlerine-gore-bukinqem-sarayindan-qovuldu
Oxunma sayı: 1763

60 ildən çox Kraliça II Elizabetin gəlini və Şahzadə Vilyamın xaç anası olan xanım Suzan Hussi qaradərili ingilis Nqozi Fulaniyə qarşı irqçi ifadələrindən sonra Bukinqem sarayından qovulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə İngiltərə kralı III Çarlzın ev sahibliyi ilə Bukinqem Sarayında təşkil edilən ziyafətdə baş verib.

Həmçinin oxuyun: Скандал в прямом эфире - Шафигу Нагиеву облили водой-Видео

Belə ki, Suzan Hussi Nqozi Fulanidən Afrikanın hansı bölgəsindən olmasını alçaldıcı şəkildə soruşub.

"Bu hal qəbuledilməz və son dərəcə acınacaqlıdır”,-deyə Bukinqem Sarayından da bildirilib.

Açıqlamadan sonra Suzan Hussi sarayı tərk etmək məcburiyyətində qalıb.