İrqçilikdə ittiham olunan Kanadanın Baş Naziri üzr istədi - Yenilənib

İrqçilikdə ittiham olunan Kanadanın Baş Naziri üzr istədi
Oxunma sayı: 1261

Kanadanın Yeni demokrat partiyasının lideri Caqmit Sinqx ölkənin Baş Naziri Castin Trüdonu irqçilikdə ittiham edib. “Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, buna səbəb “TIME” jurnalının 18 sentyabr buraxılışında Trüdonun qara qrim və başında çalma (türban) ilə çəkdirdiyi arxiv fotosunun yayımlanması olub.

“[Sözügedən foto] — bu kimisə necə yaşamasına görə lağa qoyur”, - çalma taxan Sinqx “CBC” telekanalının efirində deyib.  

Sinqx Trüdodan öz hərəkətinə aydınlıq gətirməyi və irqçilik haqda nə düşündüyünü danışmağı tələb edib.

**

Kanadanın baş naziri Castin Tryudo sözügedən fotosuna görə üzr istəyib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə "CBC" telekanalı bildirib. 

"Mən Ələddinin kostyumu ilə bəzəndim və makiyaj vurdum. Bunu etməyə məcbur deyiləm, təxmin etməli idim, amma bunu etmədim, həqiqətən çox təəssüf", - deyə Tryudo qeyd edib.

Castin Trüdo


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi