İrqçiliyə məruz qaldı, meydanı tərk etdi

irqciliye-meruz-qaldi-meydani-terk-etdi
Oxunma sayı: 772

İtaliya A Seriyasının 34-cü turunda “Kalyari” öz meydanında “Peskara” ilə qarşılaşıb

“Qafqazinfo” xəbər verir ki, “Peskara”nın futbolçusu Salli Muntari irqçiliklə üzləşib. Ev sahibi komandanın 1:0 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində “Kalyari” azarkeşləri rəqibin futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.
 
32 yaşlı yarımmüdafiəçi vəziyyəti matçın baş hakiminə söyləyib. Ancaq azarkeşlər hakimin xəbərdarlığına da məhəl qoymayıb. Qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.
 
Qeyd edək ki, Muntari bu mövsümdən "Peskara"da çıxış edir.