İrşad Electronics talasemiyalı uşaqlar üçün qan hədiyyə etdi

İrşad Electronics talasemiyalı uşaqlar üçün qan hədiyyə etdi
Oxunma sayı: 481

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İrşad Electronics-in rəhbərliyi və əməkdaşları könüllü olaraq qan veriblər. “Ən gözəl hədiyyə həyatdır!” şüarı altında təşkil edilən aksiyada məqsəd irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara yardım etməkdir. Korporativ sosial məsuliyyət çərçivəsində təşkil edilən aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 3500-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların böyük əksəriyyəti uşaqlardır. Həmin uşaqların həyatı qanvermə aksiyalarında toplanan  qandan asılıdır.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən İrşad Electronics müxtəlif markalı mobil telefonların, məişət texnikasının və elektronika mallarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət Samsung, HONOR və Xiaomi kimi məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi