“İrşad Electronics”dən sevgiyə dəyər verənlərə müjdə

irsad-electronicsden-sevgiye-deyer-verenlere-mujde
Oxunma sayı: 1622

Əgər qəlb seçibsə demək ki, onu sevməyə dəyər. O zaman onun üçün dəyərli hədiyyələrin seçimini də “İrşad Electronics”dən edin. Çünki 11 – 14 fevral tarixlərində ölkə üzrə bütün mağazalarda sevgililər günü münasibəti ilə “Onu sevməyə dəyər” adlı kampaniyaya başlayır. Sevdiyiniz hədiyyəsiz qalmasın deyə bütün məhsullar ilkin ödənişsiz, faizsiz təklif edilir. Onun səsini eşitmək sizi sevindirirsə siz də 12 aya taksitlə təklif edilən smartfonla onu sevindirin. Məişət texnikası isə 18 aya əldə etmək mümkündür.

Hədiyyə seçimində çətinlik çəkənləri də “İrşad Electronics” unutmayıb. ŞadKart hədiyyə kartı seçim edə bilməyən müştərilərin işini rahatlaşdıracaq. 50, 100, 200 və 500 manat dəyərində ŞadKart ilə kart sahibi istədiyi hədiyyəyə sahib olacaq.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Sözü gedən müddət ərzində Rowenta, Lenovo, Tefal, Fakir, Panasonic, BOSCH kimi dünyaca məşhur brendlər şirkətlə əməkdaşlığa başlayıb. Şirkət həmçinin Samsung və Xiaomi brendlərinin Azərbaycanda rəsmi, HONOR brendinin isə eksklüziv distribüteridir.