“İrşad Electronics”in lisenziyasız məhsul satması ilə bağlı protokol tərtib edildi

irsad-electronicsin-lisenziyasiz-mehsul-satmasi-ile-bagli-protokol-tertib-edildi
Oxunma sayı: 3525

Azərbaycanda elektron və elektrik məhsullarının satışı ilə məşğul olan “İrşad Electronics” şirkəti qanunu pozduğu üçün barəsində protokol tərtib edilib.

“Qafqazinfo” xəbər verir ki, şirkət qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasında, bununla bağlı işlərin yerinə yetirilməsində, xidmət göstərilməsində ittiham edilib. 

İqtisadiyyat Nazirliyi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə protokol tərtib edib. Yəni bu inzibati xətaya görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Nəsimi Rayon Məhkəməsi isə bu protokola xitam verib. 

Nəticədə nazirlik Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İşə mayın 7-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.