“İrşad”ın yeni Bakıxanov və Xırdalan mağazası alış-veriş üzrə - Top 5 mağaza sırasında

irsadin-yeni-bakixanov-ve-xirdalan-magazasi-alis-veris-uzre
Oxunma sayı: 1446

Yeni interyer üslubda bir neçə ay öncə istifadəyə verilən İrşadın Bakıxanov və Xırdalan mağazaları müştəri ziyarətinə görə şəbəkənin top 5 mağazası sırasında yerini bərkidib. Sözü gedən hər iki mağazanın bir çox üstünlükləri var. Belə ki, 20.000 dən çox məhsul çeşidi müştərilərə rahat seçim imkanı bəxş edir. Həmçinin mağazaların önündə rahat parklanma üçün yer də nəzərdə tutulub. Bakıxanov mağazasının sahəsi daha da genişlənərək 2100 kvm, Xırdalan mağazası isə 1350 kvm olub. Yeni mağazalarda geniş çeşidlə yanaşı yaradılan komfort müştəri ziyarətini artırıb.    

Bundan əlavə 20 sentyabrdan başlayaq həmin mağazalarda ardıcıl kampaniyalar da cari və potensial müştəriləri yeni alışlara stimullaşdırmaqdadır. Gecikənlər isə üzülməsin. Çünki, hazırda İrşadın mağazalar şəbəkəsində hissəli ödəniş və endirim kampaniyaları 1 noyabradək qüvvədədir. Bu kampaniyanın şərtlərinə görə müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 ayadək hissəli ödəniş şərti ilə əldə edə bilərlər. Nağd alışa həqiqi endirimlər də var.  

Qeyd edək ki, 9 ay ərzində İrşad artıq 13  yeni mağazanı istifadəyə verib, genişləndirib və ya təmir edib. Hazırda şirkətin 21 mağazası Bakıda, 21 mağazası isə regionda yerləşir. Yaxın gələcəkdə İrşadın Mehdiabad və Sahil qəsəbələrində, həmçinin Sumqayıt şəhərində isə 3-cü, yeni mağazasının istifadəyə verilməsi gözlənilir.