İş adamı Brilliant Dadaşovaya mahnı yazdı

is-adami-brilliant-dadasovaya-mahni-yazdi
Oxunma sayı: 1431


“Qafqazinfo”nun məlumatına görə, söz və musiqisi  Birləşmiş Ərəb Əmirliklərində biznes fəaliyyəti ilə məşğul olan  azərbaycanlı iş adamı Tural Bayraməliyevə məxsus olan mahnı xarici ölkədə ərsəyə gəlib. 

““Səndən ayrı” Türkiyə , Moldova və London studiyalarında hazırlanıb. Sözügedən mahnının bəstəkarı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamıdır. Sevgi mövzusunda olan mahnıya tezliklə video-klipi çəkiləcək. Bundan başqa yaxın zamanda retro mahnılardan ibarət yeni albomumu  təqdim etməyə hazırlaşıram”-, deyə xalq artisti mahnı haqda təəssüratlarını bölüşüb.