İş adamı Naza görə arvadından boşandı

is-adami-naza-gore-arvadindan-bosandi
Oxunma sayı: 3415

Türkiyənin tanınmış iş adamı Erol Özmandıracı müəllim həyat yoldaşı Ceylin Altunç Özmandıracıdan boşanıb.

"Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında, bir-birindən heç bir təzminat, mal-mülk tələb etmədən ayrılıblar. Erol Özmandıracı bununla belə xanımına 3 daşınmaz əmlak bağışlayıb.

Qeyd edək ki, iş adamı aktrisa Naz Elmasla eşq yaşayır. Cütlüyün hətta ailə qurmağa hazırlaşdığı deyilir. Bu boşanmanın da məhz Naza görə olduğu iddia edilir.