İş adamı şəhid pilotun atası ilə görüşdü - Video

is-adami-sehid-pilotun-atasi-ile-gorusdu
Oxunma sayı: 3763

"Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimov "Qaraheybət"də baş verən helikopter qəzasında şəhid olan pilot, kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyevlə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Əlixan Əliyev bildirib ki, oğlunun adını gəmilərin üzərində yaşatmaq istəyir. Mübariz Mənsimov da növbəti gəmiyə kapitan, pilot Xəyyamın adının veriləcəyini deyib. 

Qeyd edək ki, Xəyyam Əliyev 2021-ci il noyabrın 30-da “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində şəhid olub. 

Həmin görüşün görüntülərini təqdim edirik: