Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə N.Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əliyev Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" şadlıq evinin sahibidir. O həbsdə olduğu zaman, 2016-cı il dekabrın 1-də 20 yaşlı oğlu Asim Əliyev ürəktutmasından vəfat edib.
Son xəbərlər
Son Xəbərlər