Qrumun yaydığı xəbərdə bildirilir ki, mükafat milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, ölkədə sahibkarların işinin müasir tələblər səviyyəsində qurulmasında, nümunəvi xidmətlərin göstərilməsində olan yaradıcı təkliflərinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, xeyri işlərinin genişləndirilməsində və həmçinin ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycanda dövlətçiliyin, iqtisadiyyatın gücləndirilməsində sahibkarlığin inkişafında göstərdiyi xidmətlərinə görə verilib. “Avropa Nəşr Mətbu Evi”nin bununla bağlı yaydığı açıqlamada deyilir: “Ölkəmizdə və eləcədə dünyada iqtisadi inkişaf proqramı kimi qəbul edilən bu müdrik sözlərin müəllifi, Ümümmilli Liderimiz, tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın dircəlməsinə xüsusi önəm vermişdir. İqtisadiyyatın inkişafı bütün sahələrdə istənilən nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayır. Ən yeni dövrün reallıqları bunu bir daha sübut edir.
Kənd təsərrüfatının, regionların, iri, orta və kiçik sahibkarlığın inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması dövlətimizin xalqımızın sosial iqdisadi həyatında mühüm rol oynayır. Ölkəmizdə biznes mühitinin yaradılması və ixrac potensiyalının artırılması məsələləri möhtərəm prezidentimizin diqqət yetirdiyi məqamlardandır.
Bu gün ölkəmizin hər yerini əhatə edən quruculuq işləri tezliklə Qarabağ və ona bitişik ərazilərdə də həyata keçiriləcək. Hər zaman dövlət başçısına dəstək olaraq Azərbaycanın uğurları naminə çalışacağıq”.
Son xəbərlər
Son Xəbərlər