İş adamlarının həbsi ilə bağlı müzakirə

is-adamlarinin-hebsi-ile-bagli-muzakire-
Oxunma sayı: 2756


“Qafqazinfo”nun məlumatına görə, toplantıda ölkədə, regionda və dünyada baş verən ictimai-siyasi vəziyyət, “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Latviyada keçiriləcək sammitində Azərbaycanın iştirakı, son günlər bir qrup iş adamının qalmaqallı həbsi ilə bağlı yayılan məlumatlar müzakirə olunub.

Son günlər bir qrup iş adamının qalmaqallı həbsi ilə əlaqədar yayılan məlumatlarla bağlı qeyd olunub ki, bu həbslərin səbəbi ilə bağlı rəsmi dövlət orqanları tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməyib:

“Bu səbəbdən həbslərlə bağlı müxtəlif şayiələr dolaşmaqdadır. Müxtəlif təbəqələr arasında fərqli nəticələrə gətirib çıxarır. Rəsmi qurumlar baş verənlərlə bağlı ictimaiyyətə ətraflı və obyektiv məlumat verilməlidir. İctimaiyyət bu həbslərin baş vermə səbəbini , şirkətlərin bağlanma səbəblərini bilməlidir”.

 Blok Baş Prokurorluğu baş verənlərlə bağlı ictimaiyyətə ətraflı və obyektiv məlumat verməyə çağırıb.

Blok üzvləri “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Latviyada keçiriləcək sammitində Azərbaycanın iştirakı ilə bağlı müzakirədə qeyd ediblər ki, Azərbaycan Riqa sammitində yüksək səviyyədə iştirak etməlidir. Bildirilib ki, Rusiya postsovet ölkələrini təhdid etməkdə davam edir. Ukrayna məsələsində Qərbin ciddi nəticələr əldə etməməsi Rusiyanı digər bölgələrdə də bunu davam etdirməyə həvəsləndirir.Qərb baş verənlərin qarşısını almaq üçün Rusiya üçün daha sərt davranmalı, təhlükəsizliyi təhdid altında olan Cənubi Qafqaz, Orta Asiya, Şərqi Avropa ölkələrini Rusiyanın caynağından xilas etmək üçün düşünməli və daha ciddi addımlar atmalıdır.