İş dəftərləri ödənişsiz verilə bilər

is-defterleri-odenissiz-verile-biler
Oxunma sayı: 1315

“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır: “Lakin sinifdə 3 nəfərdə iş dəftəri olanda, 5-ində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.

Gülnar Əliyeva