Bakı Ağır Cinayətlər Məhkəməsində iş qurmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Sərdar Hətəmova hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Hətəmov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Hətəmov tikinti materiallarının satışını həyata keçirmək adı ilə Elxan Qarayevdən 138 min dollar alıb. Həmin pulun 54 min manatını qaytarıb. Adışirin Hüseynovdan 8200 manatını, Lazım Mehdiyevdən 8290 manat, Qaşqay Məmmədovdan 20 min dollar alıb. Q.Məmmədova 4 min qaytarıb, S.Hətəmov proses zamanı özünü təqsirli bilməyib və adı çəkilən zərərçəkmişlərdən pul almadığını deyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər