“İş yerimi dəyişə bilərdim”

is-yerimi-deyise-bilerdim
Oxunma sayı: 1591

Millimizin baş məşqçisi Canni De Byazi yanvarda iş yerini dəyişə bilərmiş.

“Qafqazinfo” xəbər verir ki, bunu italiyalı mütəxəssis deyib ki, xarici mətbuata açıqlamasında bildirib:

“Azərbaycanda Albaniyada etdiklərimi təkrarlamaq istədim. Amma sonra vəziyyətin bir qədər fərqli olduğunu anladım. Mən nəticələr üçün yaşayıram və tez-tez uduzanda əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Ümid edirəm ki,  yaxşı gün keçirəcəyik. Yanvarda iş yerimi dəyişə bilərdim, amma müqaviləmdəki öhdəliyə hörmət etmək istədim və bunu sona qədər yerinə yetirəcəyəm”.

Qeyd edək ki, De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır.