İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlandı

İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlandı
Oxunma sayı: 1468

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. 

Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. 

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi