İş yoldaşını bir yumruqla öldürdü

is-yoldasini-bir-yumruqla-oldurdu
Oxunma sayı: 4568

Masallıda 20 yaşlı oğlan iş yoldaşını öldürüb.

Rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, iyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova rayon ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə məlumat daxil olub.

Xəbəri rus dilində oxuyun: Взрыв на оружейном заводе - Возбуждено уголовное дело

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib, nəticədə o, xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutulub. İstintaq hərəkətləri davam etdirilir.