İş yoldaşını öldürənə hökm oxundu

is-yoldasini-oldurene-hokm-oxundu
Oxunma sayı: 2054

Bakı Ağır Cinayətlər Məhkəməsində Neft Daşlarında iş yoldaşını  öldürməkdə təqsirləndirilən Anar Əsgərova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A. Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci ildə Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında mübahisə baş verib. Mübahisəyə səbəb şit zarafatın olduğu bildirilir.

Nəticədə A.Əsgərov A.Xalıqovu bıçaqlayıb. 

Murad Əhməd