İsa Həbibbəyli dərsliklərdəki problemlərdən danışdı

İsa Həbibbəyli dərsliklərdəki problemlərdən danışdı
Oxunma sayı: 927

“Azərbaycanda ali məktəb sahəsində kitabların yazılmasına səy göstərmirik. Hələ də tərcümə edilmiş kitablar istifadə edirik. Onlar da dövrün tələblərinə cavab vermir”.

“Qafqazinfo” xəbər verir ki, bu problemi parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında komitə sədri İsa Həbibbəyli dilə gətirib.

O, eyni zamanda, magistratura üçün dərsliklərin hazırlanmasının labüdlüyünü vurğulayıb: “Magistraturada da bakalavrda keçilmiş kitablar tədris olunur. Bir çox fənlər bakalavrda olduğu kimi tədris olunur.  Deyirlər ki, magistraturada da bir qədər genişləndirilmiş şəkildə tədris edirik. Bu barədə Təhsil Nazirliyi də xəbərdardır.  Bu ildən etibarən bu istiqamətdə tərpəniş hiss edəcəyik”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi