İsa peyğəmbərin obrazını canlandıran aktyor vəfat etdi

İsa peyğəmbərin obrazını canlandıran aktyor vəfat etdi
Oxunma sayı: 941

“İsa peyğəmbər – superulduz” müziklında baş rolu ifa etmiş aktyor Ceff Fenholt dünyasını dəyişib.

“Qafqazinfo”nun “TMZ”yə istinadən məlumatına görə, o, 69 illiyinə beş gün qalmış vəfat edib. Fenholt son günlər səhhəti ilə bağlı problemlər yaşayırmış. Artist evində ölü vəziyyətdə tapılıb.

Qeyd edək ki, Fenholt 1971-ci ilin oktyabrında, Endrü Lloyd Uebberin müziklı Brodveydə təqdim olunandan sonra məşhurlaşıb. Bundan dərhal sonra onun başında tacla fotosu “Time” jurnalının üzqabığında yerləşdirilib. Daha sonralar Ceff xristian dini dəyərlərinin qoruyucusu kimi tanınmağa başlayıb. Aktyor etiraf edib ki, inam hissi ona narkotik və alkoqol asılılığından azad olmaqda kömək olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi