İsa Qəmbər ad günündə məhkəmədə

isa-qember-ad-gununde-mehkemede
Oxunma sayı: 1024


Bu gün məhkəmənin növbəti iclası keçirilir. Məhkəmədə iştirak etmək üçün Bakıdan Şəkiyə bir qrup tanınmış siyasi xadim gedib. Onların arasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Müsavat rəhbərlərindən Arif Hacılı, Arzu Səmədbəyli, Gülağa Aslanlı, İkram İsrafil və "Yeni Müsavat" qəzetindən Azər Ayxan da var. Qeyd edək ki, bu gün Müsavat başqanı İsa Qəmbərin doğum günüdür. O, 57 yaşını Şəkidə, Tofiq Yaqublunun məhkəməsində "qeyd etmək" qərarına gəlib. 

Xatırladaq ki, T.Yaqublu və İlqar Məmmədova ötən ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlardan bir gün sonra bu rayonda olublar və onlara baş vermiş iğtişaşları təşkil etmək ittihamı irəli sürülüb. Adları çəkilən və çəkilməyən müttəhimlər bir ildən artıqdır ki, həbsdə saxlanılırlar. musavat.com