“Qafqazinfo”nun xəbərinə görə, təbrikdə deyilir:
“Dəyərli yurddaşlarım!
Dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edir, Sizə uğurlar və xoşbəxtlik arzulayıram. Müqəddəs Qurani-Kərimin nazil olduğu, ayların sultanı hesab edilən Ramazan ayında, hər cür çətinliklərə sinə gərən inanclı insanlar oruc tutur və niyyətlərinin gerçəkləşməsi üçün Allaha dua edirlər. Son 22 ildə xalqımızın əsas niyyəti, məramı batan dünyada əmin-amanlığın bərqərar olması ilə yanaşı, Qarabağımızın işğaldan azad edilməsi, ölkəmizdə haqq-ədalətin bərqərar olması, azad və firavan bir cəmiyyətin qurulmasıdır. Hər bir Azərbaycan vətəndaşının şəxsi xoşbəxtliyi də bu istəklərin həyata keçməsi ilə bağlıdır. Ramazan günlərində bütün varlığımızla etdiyimiz dualar eyni zamanda ölkəmizin və soydaşlarımızın xoş və ləyaqətli sabahı naminədir. Əminəm ki, bu dualar Allahın dərgahında qəbul olunacaq və xalqımız öz gələcəyinə sahib çıxacaq.
Bir daha hamınızı təbrik edir, Sizə xoşbəxtlik və səadət arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun!”
Son xəbərlər
Son Xəbərlər