Müsavat Partiyası Məclisin və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin katibi Arifə Hüseynli “Qafqazinfo”ya açıqlamasında bunu təsdiqləyib: “Deyirlər seçkidən sonra da dağılmalar olacaq. İsa Qəmbər çox böyük güclə çalışır ki, Müsavatın funksionerlərini yenə də partiyanın Divanında, Məclisində görsün.
Özü isə qurultayda birinci mərhələdə Məclis üzvü, ikinci mərhələdə isə Divan üzvü olacaq. Çünki Divana seçkilər Məclisdən olur. Mən düşünürəm ki, Müsavatın iki başqanı olacaq: fəaliyyətdə olan başqan, bir də daimi başqan”.
Murad Əhməd