İsa Qəmbər İntiqam Əliyevin həbsindən yazdı

isa-qember-intiqam-eliyevin-hebsinden-yazdi
Oxunma sayı: 919


"Qafqazinfo" İsa Qəmbərin həmin statusunu təqdim edir:

"İntiqam Əliyev Azərbaycanımızın ən ləyaqətli insanlarından biridir. Hələ gənc yaşlarında 1993-1995-ci illərdə mənim vəkilm olub, Heydər Əliyev-Surət Hüseynov tandeminin ilk repressiya dalğasında məni və digər siyasi məhbusları yüksək cəsarət və yüksək peşəkarlıqla müdafiə edib. İntiqam bəy bu gün də mənim vəkilimdir, AİHM-də mənim və seçki hüququ pozulmuş onlarla başqa insanın haqlarımızı qoruyur.

İndi bizim onun haqlarını qorumaq növbəmizdir.Əgər İntiqam bəyin hüquqlarını müdafiə komitəsi yaradılacaqsa, məni də unutmayın. Bu məqam digər fədakar insanlarımıza da aiddir: Leyla xanım və Arif Yunus, Rəsul Cəfərov, Emin Huseynov... Bəlkə də ümumi bir müdafiə komitəsi yaratmaq daha düzgün olar?"