“İsa Qəmbər Müsavat başqanı seçilməyəcək”

isa-qember-musavat-basqani-secilmeyecek
Oxunma sayı: 848



“Qafqazinfo” xəbər verir ki, bu sözləri Trendə müsahibəsində YAP ira katibinin müavini Siyavuş Novruzov deyib. O, ildirib ki, bu və ya digər şəkildə qurultayın keçirilməsini ləngidirlər. Bu da ondan irəli gəlir ki, burada problem başqan problemidir: “Əgər orada düzgün seçki keçirilsə, İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilməyəcək. Bunu müsavatçılar qəbul etmirlər və görürlər ki, gündən-günə Müsavat Partiyası geri çəkilir, demək olar ki, kağız üzərində, qəzet üzərində olan bir partiyaya çevrilib. Bir neçə üzvü mətbuatda çıxış etməklə gündəmdə qalan bir partiyadır. Yəni bu partiyanın hər hansı bir fəaliyyəti yoxdur. Bu baxımdan da namizədlər arasında ciddi şəkildə qarşıdurma var. Bir qrup istəyir ki, özü seçilsin və Müsavatın tərkibində islahatlar aparsın, bir qrup isə istəyir ki, Müsavatı özünün gəlir mənbəyinə çevirməklə zavod kimi, müəssisə kimi və yaxud da bir firma kimi monopoliyaya götürərək özlərinin iqtisadi və siyasi maraqlarını təmin etsinlər. Bu qruplar arasında ciddi şəkildə mübarizə gedir”.