İsa Qəmbər ona görə həmməruzəçilərlə görüşə bilmədi

isa-qember-ona-gore-hemmeruzecilerle-goruse-bilmedi
Oxunma sayı: 2108


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə bu gün dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib:

"Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən – yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib.

Müsavat Partiyası rəhbərliyinə olan dəvətlərin Müsavat Partiyası başqanının qəbul otağına – 012 447 46 56 saylı telefonla bildirilməsi məqsədə uyğundur".

Xatırladaq ki, İsa Qəmbərin köməkçisi Yeganə Hacıyeva bu yaxınlarda partiyadan istefa vermişdi.