İsa Qəmbər qanlı cinayətdən yazdı

isa-qember-qanli-cinayetden-yazdi
Oxunma sayı: 1513


“Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında yazıb: “Nə adla olur-olsun, ideolojisindən, məqsədindən, təşkilatçı və iştirakçıların kimliyindən asılı olmayaraq terror birmənalı şəkildə qınanmalıdır. Dinc insanlara qarşı terror ikiqat qınanmalıdır. Jurnalistlərə qarşı terror 10 qat qınanmalıdır!

Belçikalı karikaturaçı-rəssamın bu rəsmindən də göründüyü kimi Avropada bu terroru 2001-ci ilin 11 sentyabr terroru ilə müqayisə edirlər.

Məncə, bu qanlı cinayətin təşkilatçıları düşünülmüş şəklidə müsəlmanlarla xristianlar arasında münasibətləri gərginləşdirmək, onlar arasında cəbhələşməyi təmin etmək istəyirlər. 

İnanıram ki, bu çirkin məqsədlərə uymamaq üçün avropalıların müdrikliyi, müsəlmanların səbri çatacaq”.

Günel