İsa Qəmbər xəstəxanadan çıxıb - Foto

isa-qember-xestexanadan-cixib
Oxunma sayı: 2918

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Ankarada müalicə aldığı xəstəxanadan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə yazıb. O qeyd edib ki, İ. Qəmbərin Ankarada müayinə və müalicəsi uğurla başa çatıb: “ O, yaxın günlərdə Bakıya qayıdacaq”.

Xatırladaq ki, eks Müsavat başqanı müayinə və müalicə olunmaq  məqsədilə fevralın 28-də Mərkəzi Klinik Xəstəxanadan Ankaraya  getmişdi.

Günel Türksoy