Müsavat Partiyasının başqanı İsa Qəmbər özünün facebook profilində maraqlı status paylaşıb. “Qafqazinfo” həmin statusu oxuculara təqdim edir:
“2014 gəldi.
Qəzəbliyəm- olanlara, keçənlərə, torpağımızın işğal altında, dostlarımızın, silahdaşlarımızın, gənclərimizin zindanda olmasına.
İnanclıyam--Allahıma, xalqıma, vətəndaşıma, dostuma, silahdaşıma, özümə.
Qəzəb intiqama, inam arxayınlığa səbəb olmamalıdır, hər ikisindən-qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq.
2014 bizim il olmalıdır, xalqın ili!
Bunun belə olması üçün əlimdən gələni edəcəm.
Hər kəsi də buna çağırıram”.
Son xəbərlər
Son Xəbərlər