"Qafqazinfo" xəbər verir ki, o, APA-ya açıqlamasında Məclis üzvlüyündən çıxarılmasından xəbərsiz olduğunu bildirib: ”Bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının Məclisi ilə bağlı öz sözümü demişəm”.
Qeyd edək ki, V. Əyyub Müsavatın Məclisini, eləcə də digər strukturları qeyri-legitim hesab edir.
O, Müsavat Məclisinin bu gün keçirilmiş toplantısında sabiq başqan İsa Qəmbərin təklifi ilə Məclis üzvlüyündən çıxarılıb. Müsavatın eks-başqanı bildirib ki, V. Əyyubun məsələsi çox uzanır:
“Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Son xəbərlər
Son Xəbərlər