Partiyadan bu yaxınlarda istefa verən Yeganə Hacıyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, ümumiyyətlə, belə bir məktub almayıb: “Beynəlxalq Təşkilatların Azərbaycandakı nümayəndəlikləri ölkədə baş verən prosesləri diqqətlə izləyirlər. Mənim istefamla bağlı az sayda KİV oldu ki, bu barədə yazmasın. Beynəlxlaq Təşkilatların əksəriyyəti bilir ki, mən artıq İsa Qəmbərin xarici məsələlər üzrə müşaviri deyiləm. İstefamdan sonra mən heç bir məktub almamışam”.
Qeyd edək ki, Müsavat partiyasının görüşlə bağlı yaydığı məlumatda qeyd olunur ki, İsa Qəmbərin sözügedən tədbirdən xəbəri olmayıb:
"Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə bu gün dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən – yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib".
Son xəbərlər
Son Xəbərlər