“Qafqazinfo”nun məlumatına görə, A.Hacılının qardaşı, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli APA-ya bildirib ki, A.Hacılı və G.Aslanlı RF-nin Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində polis tərəfindən saxlanılaraq yerli polis idarəsinə aparılıblar: “Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala stansiyasında A.Hacılı və G.Aslanlını qatardan düşürərək polis idarəsinə aparıblar. Saxlanılmanın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Guya onlar nə isə səs-küy salıblar”.
Son xəbərlər
Son Xəbərlər