İsa Qəmbərin qardaşı Qubad İbadoğlunu dəstəkləyir

isa-qemberin-qardasi-qubad-ibadoglunu-destekleyir
Oxunma sayı: 910


"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, o, bununla bağlı müraciət yayıb. 

Rövşən Qəmbər müraciətində bildirib ki, Arif Hacılı, Səxavət Əlisoy, Tural Abbaslı da Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlardır və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcək: “Lakin Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır. Ona görə də hesab edirəm, başqan Qubad bəy olmalıdır”.