“İşarəni dənizdən gözləyin”in aktyoru vəfat etdi

isareni-denizden-gozleyinin-aktyoru-vefat-etdi
Oxunma sayı: 3405

Rusiya Xalq artisti, kinoaktyor Gennadi Yuxtin 89 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a RF Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Aktyor fevralın əvvəlində COVID-19 diaqnozu ilə paytaxt klinikalarının birinə yerləşdirilmiş, daha sonra evə buraxılmış, sonra yenidən klinikaya aparılmışdı.

Qeyd edək ki, G. Yuxtin 1932-ci il martın 30-da anadan olub. 10 yaşında valideynlərini itirib və uşaq evində böyüyüb. O, tamaşaçılara daha çox “Rumyantsevin işi” filmindən tanışdır.

G. Yuxtin, həmçinin “Azərbaycanfilm” kinostudiyasının iki filmində - Şamil Mahmudbəyovun “Skripkanın sərgüzəşti” (1972) və Ceyhun Mirzəyevin “İşarəni dənizdən gözləyin”də (1986) rol alıb.