“Qafqazinfo” xəbər verir ki, bu gün komandamızın bir üzvü tatamiyə çıxacaq.
67 kq-da Mariya Tedeyeva 10:15-də ukraynalı Marina Konieva ilə görüşür və rəqibinə 10-4 uduzub.
***
80 kq çәki dәrәcәsindә millimizin lideri Radik İsayev dә bu gün mübarizәyә qoşulacaq. O, 1/4 finaldan mübarizәyә başlayacaq. İsayev ilk görüşdә hollandiyalı Jeron Vanruiju ilә üz-üzә gәlәcәk.
***
Radik İsayev hollandiyalı Jeron Vanruiju üzərində 3-0 qələbə qazanır. Hesab 7-3 təmsilçimizin xeyrinədir. İdmançımız 8-6 udaraq yarmfinala vəsiqə qazanıb. Yarımfinal görüşü 17:15-də keçiriləcək.
***
Radik İsayev yarımfinalda sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlir və 3-0 udur. Təmsilçimiz 17-1 təmiz qələbə qazanaraq finala çıxıb.
***
Radik İsayev qızıl medal uğrunda rusiyalı Vladislav Larinlə qüvvəsini sınayacaq. Qarşılaşmanın start fiti saat 22:30-da veriləcək.
Son xəbərlər
Son Xəbərlər