İşçi qrupunun ilk iclası bu tarixədək keçiriləcək

isci-qrupunun-ilk-iclasi-bu-tarixedek-kecirilecek
Oxunma sayı: 3252

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bəyanat imzalanıb və sənədə əsasən bu ölkələr arasında işçi qrupu yaradılacaq.

"Qafqazinfo"nun məlumatına görə, işçi qrupunun ilk görüşünün də vaxtı müəyyənləşib.

Belə ki, işçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək.

Bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

Xatırladaq ki, imzalanan bəyanatda Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycanın, Ermənistanın baş nazirləri müavinlərinin və Rusiya Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupunun yaradılması barədə təklifi dəstəklənib.