İşçi qrupunun növbəti görüşü bu ay olacaq

isci-qrupunun-novbeti-gorusu-bu-ay-olacaq
Oxunma sayı: 1474

Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mher Qriqoryan arasında ikinci görüş fevral ayı ərzində baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan baş nazirinin müavininin ofisindən açıqlama verilib.

Açıqlamada bildirilib ki, birinci alt qrupa Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri daxil olacaq. İkinci alt qrupda isə Dövlət Gəlirləri Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Müfəttişliyi, Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri təmsil olunacaqlar.

Qeyd edək ki, yanvarın 30-u üçtərəfli işçi qrupunun ilk iclası baş tutub. İclasın yekunu olaraq dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat üzrə; təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi üzrə ekspert heyətlərinin yaradılması istiqamətində qərar qəbul olunub.