İşçilər üçün “ağıllı” şlem

isciler-ucun-agilli-slem-
Oxunma sayı: 915


“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, qurğu yüksək dəqiqlikli datçiklər dəsti, kamera, çıxarılan şüşə (vizor) ilə təchiz edilib. “Ağıllı” şlem tikinti və ya başqa yerlərdə çalışan işçilər üçün nəzərdə tutulub.

Şlem “Hardhat 2.0” adlanır, “ağıllı” saat və ya smartfonla işləyə bilər. Artırılmış reallıq effekti yaradan vizorlar istifadəçiyə lazımi informasiyanı əldə etmək lazım olmayana kimi gizlədilir. 

Qurğunun növbəti ay satışa çıxarılacağı gözlənilir, amma onun qiyməti elan edilməyib.