İşçiləri ilə aqressiv davranan nazir istefa verdi

iscileri-ile-aqressiv-davranan-nazir-istefa-verdi
Oxunma sayı: 2803

Böyük Britaniyanın Baş nazirinin müavini və ədliyyə naziri Dominik Raab istefa verib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, buna səbəb Raabın tabeliyində olan işçilərlə aqressiv davranışı ilə bağlı şikayətlərin araşdırılmasından sonra yayılan hesabat olub. 

“Araşdırma aparılmasına dair özüm çağırış etmişdim. Bu araşdırma zamanı tərəfimdən tabeliyimdə olan şəxslərə qarşı aqressiv davranış sərgiləndiyimə dair sübut aşkar edildiyi halda istefa verəcəyimi vəd etmişdim. Öz sözünün üstündə durmağı vacib hesab edirəm”, - deyə 49 yaşlı nazir tviter hesabında yazıb. 

Qeyd edək ki, araşdırma zamanı Raabla bağlı rəsmi olaraq 8 şikayətə baxılıb. Qeyri-rəsmi olaraq isə 24 şikayətin olduğu bildirilib.