İşdən çıxarılacağı deyilən müəllimlə bağlı- - Açıqlama

isden-cixarilacagi-deyilen-muellimle-bagli-
Oxunma sayı: 3701


Adıçəkilən məsələ ilə bağlı “Qafqazinfo” universitetin Mətbuat və İnformasiyanın şöbəsinin müdiri Pərvanə İbrahimovadan münasibət öyrənib. P. İbrahimova qeyd edib ki, bəzi saytlarda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 0,5 ştat müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent (baxmayaraq  ki, professor kimi təqdim olunur) Sərvər Süleymanlının işdən azad edilməsi haqqında hazırlıq işlərinin aparılması barədə məlumat yayılıb:”Aydınlıq üçün bildiririk ki, dosent S.Süleymanlı bir neçə ay bundan əvvəl öz xahişi ilə dekan müavini vəzifəsindən azad edilib. Son günlər onun tədrisin təşkili qaydalarından kənar dərs aparması ilə bağlı tələbələrdən çoxsaylı ərizə və şikayətlər daxil olub. Buna baxmayaraq, onun işdən azad edilməsi üçün hazırlıq işlərinin aparılması həqiqətə uyğun deyil. Sadəcə olaraq tələbələrin müraciəti Bakı Dövlət Universitetinin Tədris Metodiki Şurasında araşdırılır. Bu məsələ rektorluqda müzakirə olunmayıb və Sərvər Süleymanlı ilə bağlı hər hansı qərar yoxdur. Sərvər Süleymanlı hazırda hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir”.

Günel Türksoy