İşdən çıxarılan aptek müdiri piket keçirmək üçün BŞİH-yə müraciət etdi

isden-cixarilan-aptek-mudiri-piket-kecirmek-ucun-bsih-ye-muraciet-etdi
Oxunma sayı: 2430

Bir qrup şəxs Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən 9 saylı poliklinikanın qarşısında etiraz aksiyası keçirilməsinə icazə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, piketin təşəbbüskarı Rüfət Rəhimov bildirib ki, aksiya iyunun 28-də saat 12:00-dan 14:00-dək polklinikanın qarşısında planlaşdırılır və 100-150 nəfər iştirak edəcək. O, etiraz aksiyasının poliklinikanın müdiri Lalə Hacızadənin fəaliyyəti ilə bağlı olduğunu bildirib və BŞİH-dən aksiyanın keçirilməsinə icazə verilməsini xahiş edib.

BŞİH-dən R.Rəhimova qeyd edilən tarixdə və ərazidə etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib.

Qeyd edək ki, piketin təşkilatçısı R.Rəhimov uzun müddət polilklinikadakı aptekə rəhbərlik edib. Lakin daha sonra onun 2019-cu ildə xəstəxanaya rəhbər təyin edilən L.Hacızadə ilə münasibətləri pozulub və işdən kənarlaşdırılıb.

Nizam Rza