İşdən çıxarılan direktor məktəbdə “moyka” açıbmış...- - Yenilənib

isden-cixarilan-direktor-mektebde-moyka-acibmis-
Oxunma sayı: 8732


25 ilə yaxındır məktəbin direktorluğunu edən Z.Səmədovanın işinə nazirlik məktəbdə apardığı yoxlamadan sonra xitam verib. Məlumata görə, direktor Z.Səmədovanın bütün ailə üzvləri məktəbdə çalışırmış. Xanım direktorun həyat yoldaşı Orxan Səmədov məktəbin mühafizə xidmətini həyata keçirib. Direktorun bir oğlu və Sevinc adlı qızı da uzun müddətdir 158 nömrəli məktəbdə işləyir. Məlumata görə, Sevinc müəllimə hazırda da məktəbdə iqtisadiyyat fənnindən dərs deyir.   Mənbə qeyd edib ki, 2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.   

Xatırladaq ki, Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb. Aznews.az-ın məlumatına görə, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb. Faktı 158 nömrəli məktəbdən təsdiqləyiblər. 

***

158 nömrəli orta məktəbdən "Qafqazinfo"nun redaksiyasına zəng vuraraq bildiriblər ki, Zemfira Səmədova Respublikanın Əməkdar Müəllimidir və onunla bağlı ittihamlar doğru deyil: "Zemfira xanımın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib".

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova fəaliyyət dövrünün son yaş həddinə çatdığı üçün işdən çıxarılıb. Və onunla əmək müqaviləsi uzadılmayıb.

Eyni zamanda bildirilib ki, 158 nömrəli orta məktəbdə yoxlama aparılmayıb.

“Qafqazinfo”