Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıda maraqlı adlar yer alıb.
Belə ki, təxminən 2 həftə əvvəl prezident İlham Əliyev tərəfindən vəzifədən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin də adı namizədlər siyahısındadır. O, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə namizədliyini irəli sürüb.
Bundan başqa siyahıda Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Naqif Həmzəyevin də adı var. Həmzəyev Naqif Ələşrəf oğlu 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə namizəd olub.
Son xəbərlər
Son Xəbərlər