İşdən çıxarılan icra başçısının son açıqlaması – - Qumar məsələsi

isden-cixarilan-icra-bascisinin-son-aciqlamasi-
Oxunma sayı: 12905


Prezidentin bu gün imzaladığı sərəncamla işdən çıxarılan Ağdam rayonunun icra başçısı Nizami Sadıqov son günlər qalmaqallı xəbərlə medianın diqqətində idi. 

“Qafqazinfo” xəbər verir ki, icra başçısının bir neçə gün əvvəl “QAİ Şahin” adlı bir şəxsə qumarda 50 min manat pul uduzması haqda xəbər yayılmışdı. Bu xəbərlə bağlı dünən publika.az saytına açıqlama verən N. Sadıqov xəbəri təkzib etmişdi. O, belə bir adam tanımadığını demişdi: "Bu məlumatlar tamamilə yalan, cəfəngiyat və təxribat məqsədi daşıyır. Mən ümumiyyətlə, "QAİ Şahin” adında adam tanımıram. Kim nə yazırsa, yazsın, əgər bizim əleyhimizə nəsə pis şey yazırlarsa, deməli, o adamlar Azərbaycana düşmənçilik edirlər. Erməni kəşfiyyatı hər zaman işləyir, bizi izləyir. Bu cür məlumatları görüb deyəcəklər ki, burada bir icra başçısı var, avaranın biridir. Belə şey etmək olmaz, bu təxribatdır. Vallah, mən "QAİ Şahin” adında adam tanımıram”.