İşdən çıxarılan məmura yeni vəzifə

isden-cixarilan-memura-yeni-vezife
Oxunma sayı: 3470



“Qafqazinfo” Movqe.az-a istinadən xəbər verir ki, nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev Tovuz Baltiya LTD-nin nəzdindəki Azərfrans şirkətinə baş direktor təyin edilib. Məlumatı Tovuz Baltiya LTD-dən də təsdiqləyiblər. 

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.